İran İnqilab Keşikçiləri Hava-Kosmik Qüvvələrinin komandiri, general-mayor Mecid Musavi, bölgədəki ABŞ hərbi mövqelərinə qarşı əməliyyatlarının davam etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabından paylaşdığı mesajında bildirib.
“Bölgədəki ABŞ qüvvələrinə qarşı radar şəbəkələrini sıradan çıxarma, logistika infrastrukturuna zərbə endirmə və itki vermələrinə səbəb olan əməliyyatlarımız davam edir. Kəşfiyyar üstünlüyümüz və İranın güclü zərbələri sayəsində ABŞ, İran sərhədlərindən uzaqlaşmaqdan başqa çarə tapa bilmir”, - deyə general qeyd edib.
O, əlavə edib ki, “bunu AWACS təyyarələrinin, yanacaq təchizatı təyyarələrinin və dağıdılmış ABŞ anbarlarının qalıqları göstərir. Tezliklə bu siyahıya daha dəyərli hədəflər də əlavə olunacaq.”
Bu açıqlama regionda gərginliyi artıran və ABŞ-İran münasibətlərində yeni qarşıdurma risklərini gündəmə gətirən bir mesaj kimi qiymətləndirilir.
Qadir, Bizimyol.info






