İran, ABŞ və İsrail arasında artan hərbi gərginlik dünya enerji bazarına ciddi təsir göstərib. Hörmüz boğazında İranın raket zərbəsi nəticəsində Tailand bayrağı altında yük daşıyan gəmiyə hücumdan sonra neft birjalarda 6-7% bahalaşıb. London birjasında “Brent” 117,49$, WTI 102,75$, “Azeri Light” isə 121,25$ səviyyəsinə çatıb.
Bizimyol.info xəbər verir ki, “Bloomberg”in verdiyi məlumata görə, İranın xəbərdarlığına əsasən, Hörmüz boğazından keçən ABŞ və İsrailə məxsus bütün gəmilər zərbələrə məruz qala bilər. Hətta İran müttəfiqi Çinin gəmilərinə də boğazdan keçmək icazəsi verməyib. “MarineTraffic”in məlumatına görə, Çin “Cosco Shipping” şirkətinə məxsus konteyner gəmiləri də SEPAH tərəfindən dayandırılıb.
Eyni zamanda Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 900$-a yüksələrək son illərin ən yüksək həddinə yaxınlaşıb. İranın Qətərin sıxılmış qaz zavoduna raket zərbəsi nəticəsində ixrac dayandırılıb, bu da qiymətlərin sürətlə artmasına səbəb olub.
Analitiklər bildirir ki, regional gərginliyin davam etməsi dünya enerji bazarında qeyri-müəyyənliyi artırır və qısa müddətdə neft və qaz qiymətlərində dalğalanmalar gözlənilir.
Bizimyol.info






