ABŞ prezidenti Donald Tramp İsrail üçün müəyyən edilmiş “son möhlət”i açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bunu İsrailin 12-ci kanalın siyasi icmalçısı Amit Segal bildirib.
“Trampın təyin etdiyi vaxt çərçivəsi İsraildə gözləniləndən xeyli genişdir. Tramp, təxminən bir həftə əvvəl, hər kəsi təəccübləndirərək 60 günlük hərbi əməliyyat periodundan danışdı. Onun sözlərinə görə, bu müddət ərzində siyasi zərəri qəbul edə bilər,” – deyə Segal qeyd edib.
Politoloq əlavə edib ki, Tramp üçün siyasi zərər iki formada özünü göstərə bilər:
- Neft və enerji qiymətlərinin artması – xüsusilə Pensilvaniya və Miçiqan kimi ştatlarda, bu isə birbaşa Trampa təsir edəcək.
- Noyabrda keçiriləcək ara seçkilər, adətən hakim partiya üçün çətin olan və çox vacib seçkilər.
Segalın sözlərinə görə, İsraildə Trampın müharibəyə verdiyi müddətin uzunluğu çoxlarını çox təəccübləndirib: “Bu sürpriz idi, çünki İsraildə siyasi hesablamalar daha qısa vaxt gözləyirdi, xüsusilə burada bir çox insan üçün ABŞ siyasəti peşədir”, - deyə bildirib
Segal yekun olaraq: “Suallardan biri budur: Tramp ciddi davranırmı, yoxsa yox? Bu barədə çox danışılıb. Amma əgər o həqiqətən ciddi və prosesin yekunlaşmasını istəyirsə, bəs burada nə baş verib? Ola bilərmi ki, enerji bazarındakı reaksiya və amerikalıların fikirləri onu belə addım atmağa vadar edib? İsraildə buna hələ də inanmasalar da, danışıqlar uğursuz olsa, Trampın hələ çox uzun həftələr üçün vaxtı var”, - deyə vurğulayıb.






