Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp deportasiya siyasətinə yenidən baxılmasının vacibliyini etiraf edib
Tramp deportasiya siyasətinə yenidən baxılmasının vacibliyini etiraf edib

ABŞ prezidenti Donald Trump yaxın çevrəsində keçirdiyi müzakirələrdə administrasiyasının qeyri-qanuni miqrantlara qarşı siyasətinin, o cümlədən deportasiya tədbirlərinin yenidən nəzərdən keçirilməli olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ lideri köməkçilərinə qeyri-qanuni immiqrasiya probleminə yeni yanaşma hazırlamağı tapşırıb. O, xüsusilə qeyd edib ki, ABŞ vətəndaşları “kütləvi deportasiya” ifadəsini müsbət qarşılamırlar. Bu səbəbdən Ağ ev rəhbəri daha çox “təhlükəli şəxslərin” saxlanılmasına diqqət yetirilməsinin və həbslər zamanı şəhərlərdə xaosun yaranmamasının vacibliyini vurğulayıb.

Qəzet yazır ki, Trampın ətrafı bu məsələdə dönüş nöqtəsi kimi Kristi Noemin daxili təhlükəsizlik naziri vəzifəsindən istefasını qiymətləndirir. Bildirilir ki, prezident onun fəaliyyəti dövründə administrasiyanın mediada tez-tez tənqid olunmasından narazılıq ifadə edib.

Qeyd edək ki, Tramp daha əvvəl də immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sərəncam imzalayıb və ABŞ tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiyası əməliyyatını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »