Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"19 mart 1994-cü ildə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında baş verən partlayış təkcə bir terror hadisəsi deyildi"
"19 mart 1994-cü ildə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında baş verən partlayış təkcə bir terror hadisəsi deyildi"

“19 mart 1994-cü ildə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında baş verən partlayış təkcə bir terror hadisəsi deyildi, bu, insanların gündəlik həyatına, təhlükəsizlik hissinə və sabaha olan inamına vurulan ağır zərbə idi. Vaqonda yerləşdirilmiş əldə düzəldilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 14 insan həyatını itirdi, 49 nəfər isə yaralandı və bu itkilər cəmiyyətin yaddaşında silinməz izlər buraxdı. Hadisə yalnız fiziki dağıntı ilə deyil, həm də insanların ruhunda yaratdığı sarsıntı ilə tarixə həkk olundu və bu faciə bizə təhlükəsizliyin, birliyin və ayıqlığın nə qədər vacib olduğunu bir daha xatırlatdı”.

Tarixçi Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu, ağır terror aktlarından biridir: “Ümumiyyətlə, hesablamaya görə, həmin dövrdə yalnız münaqişə dövründə, Qarabağ münaqişəsi dövründə və 80-ci illərin sonundan 2000-ci illərə qədər minə yaxın terror aktı törədilib, çoxlu sayda insan həlak olub. Bunların içində ən dəhşətlisi 19 mart 1994-cü il olan terror aktı idi. Burada erməni xüsusi orqanlarının, millətçi “Sadval” təşkilatının da icraçı kimi rolu var. Həmin partlayış zamanı çoxlu insan həlak olub. Onların içində tanınmış bizim caz musiqiçimiz Rafiq Babayev də var”.

Rizvan Hüseynov qeyd edib ki, bu, faktiki olaraq Azərbaycana qarşı törədilən cinayətlərin içində ən mühümlərindən biridir.

Rizvan Hüseynov Rizvan Hüseynov, tarixçi

Tarixçi vurğulayıb ki, bu hadisəni Azərbaycan hakimiyyətinə, Heydər Əliyev hakimiyyətinə təsir kimi, Rusiya və Ermənistan tərəfdən təsir kimi dəyərləndirmək olar: “Həmin dövrdə, 1994-cü illərdə Qarabağ cəbhəsində çox ağır döyüşlər gedirdi. Bu terror aktlarının da məqsədi o idi ki, Azərbaycan xalqının içində bir təşviş yaransın, panika yaransın. Ona görə biz heç vaxt unutmamalıyıq. Düşmənlərimiz və onların hiylələri neçə illər keçsə də, unudulmamalıdır”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »