İraq paytaxtı Bağdadın mərkəzi hissəsində ABŞ səfirliyinə yönəlmiş pilotsuz təyyarə vurulub.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" televiziya kanalı məlumat verib.
İraq təhlükəsizlik xidmətindəki mənbələrə görə, hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarəni şəhər mərkəzindəki ABŞ diplomatik missiyasının yaxınlığında tutaraq məhv edib. Səfirliyin yerləşdiyi ərazidə hava hücumu sirenləri səslənib.
Bizimyol.info






