Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Formula 1" Çin Qran-Prisində sprint yarışının qalibi məlum olub
"Formula 1" Çin Qran-Prisində sprint yarışının qalibi məlum olub

Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint yarışının qalibi olub.

“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə üçüncü yeri tutub.

Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq olunduğu altı mərhələdən biridir.

Martın 15-də isə əsas yarış üçün təsnifat mərhələsinin keçirilməsi planlaşdırılır.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »