Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrə Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlayır
İsveçrə Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlayır

İsveçrə Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən İrandakı səfirliyinin fəaliyyətini dayandırır, lakin ABŞ ilə İran arasında rabitə kanalını qorumağa davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Yaxın Şərqdəki müharibə və artan təhlükəsizlik təhdidi fonunda İsveçrə Xarici İşlər Nazirliyi Tehrandakı İsveçrə səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib", - deyə bəyanatda qeyd edilib.

Orada qeyd olunub ki, səfir və Tehrandakı səfirliyin beş İsveçrəli əməkdaşı İranı tərk ediblər. Onlar "vəziyyət imkan verən kimi" geri qayıdacaqlar. Xarici İşlər Nazirliyi "ABŞ ilə İran arasında açıq rabitə kanalını qorumağa" davam etdiyini vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »