İran Silahlı Qüvvələri Türkiyə ərazisinə raket atılması ilə bağlı məlumatları təkzib edib və Tehranın Türkiyənin suverenliyinə hörmətlə yanaşdığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə SNN İran Baş Qərargahının bəyanatına istinadən məlumat verib.
"İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost ölkəmiz olan Türkiyənin suverenliyinə hörmətlə yanaşır və həmin ölkədə raket atılması ilə bağlı bütün məlumatı təkzib edir", - deyə bəyanatda qeyd edilir.






