Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada ABŞ və İsrailin İrana hücumlarını "təəssüflə" dəstəkləyir
Kanada ABŞ və İsrailin İrana hücumlarını "təəssüflə" dəstəkləyir

Kanada hökuməti ABŞ və İsrailin İrana hücumlarını "təəssüflə" dəstəklədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib.

"Lakin biz bu mövqeyi təəssüflə qəbul edirik, çünki mövcud münaqişə beynəlxalq nizamın uğursuzluğunun daha bir nümunəsidir", - deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, Ottava Tehranın nüvə proqramı da daxil olmaqla bir çox məsələdə mövqeyi ilə razı deyil, lakin ABŞ və İsrail İrana qarşı iddialarını hücumlara başlamazdan əvvəl beynəlxalq hüquq çərçivəsində əsaslandırmalı idilər.

Karni həmçinin Kanadanın münaqişədə iştirakını istisna edib və tərəfləri atəşkəs rejiminin sürətlə bütün bölgəyə yayıldığı üçün tez bir zamanda əldə edilməsinə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »