ABŞ İranın Ali Lideri Ayətullah Əli Xameneinin sui-qəsdi ilə qlobal sülh və təhlükəsizliyə ciddi təhdid yaratdı.
Bizimyol.info xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali bunu Rusiya mətbuatına yazdığı məqalədə bildirib.
"İslam İnqilabının Ali Liderinin şəhid olması ilə bağlı dərin kədərini ifadə edən İran İslam Respublikası bu terror cinayətini beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması, eləcə də davamlı regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirir", - deyə o bildirib.
Səfir Xameneini "şərəf, müdriklik və məqsədəuyğunluq" strateji üçlüyünə əsaslanaraq həyatını ədalətli sülhün bərqərar olmasına və milli suverenliyin və müstəqilliyin qorunmasına həsr edən cəsur döyüşçü adlandırıb.
Qadir, Bizimyol.info






