Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun tərəfdarlarını və ölkənin AB üzvlüyünü dəstəkləyənləri Yaxın Şərq münaqişəsinə qarışmaq istəməkdə günahlandırıb.
Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı "X" sosial şəbəkəsində paylaşıb.
Filippot Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə istinadən bildirib ki, əgər ölkənin tərəfdaşları Fransanın İrana qarşı hərbi əməliyyatlarda iştirakını tələb etsələr, "biz müdaxilə etməyə hazırıq".
"Avromakronistlər müharibə istəyirlər, bu, göz qabağındadır! Yetər!", - deyə "Patriotlar" lideri yazıb. O, tərəfdarlarını Fransanın Yaxın Şərq münaqişəsinə qarışmasına qarşı petisiya imzalamağa çağırıb.






