Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və İsrail İrana hücumu bir həftə təxirə salıb - "Axios"
ABŞ və İsrail İrana hücumu bir həftə təxirə salıb - "Axios"

ABŞ və İsrail fevralın 21-i, şənbə günü İrana hücum etməyə hazırlaşırdı.

Bizimyol.info xəbər verir ki, "Axios" xəbər platformasının məsələ ilə bağlı məlumatlı yüksək vəzifəli ABŞ və İsrail mənbələrinə istinadən yayıb.

Mənbələrdən biri hücumun əlverişsiz hava şəraiti səbəbilə təxirə salınmadığını bildirib. Digər bir rəsmi isə gecikmənin ABŞ tərəfindən qaynaqlandığını iddia edib.

Bildirilib ki, ABŞ əməliyyat və kəşfiyyat səbəblərini əsas gətirərək, İsrail Müdafiə Qüvvələri ilə “daha yaxşı koordinasiya”nın təmin olunmasının vacib olduğunu düşünərək hücumu təxirə salıb.

Rəsmilərin sözlərinə görə, planlaşdırılan hücum İranın ali rəhbəri Ali Xamenei və oğullarının, eləcə də yüksək vəzifəli iranlı rəsmilərin hər şənbə qatıldığı toplantıları hədəf almalı idi.

Qeyd olunur ki, planlaşdırılan hücum tarixindən faktiki hücuma qədər İsrail və ABŞ rəsmiləri arasında Xameneinin iqamətgahından yeraltı sığınacağa enə biləcəyi ilə bağlı narahatlıqlar getdikcə artıb. ABŞ administrasiyasından bir rəsmi Xameneinin yeraltı sığınacaqlara keçməməsinin onlar üçün “sürpriz” olduğunu bildirib.

Hücumun gecikdirilməsinin ABŞ ilə İran arasında İsveçrənin Geneva şəhərində aparılan danışıqlara əlavə vaxt qazandırdığı vurğulanır.

İsrailli rəsmilərdən biri Cenevrədəki danışıqların yalnız yeni hücum tarixinə qədər vaxt udmaq məqsədi daşıdığını, iranlıların “diplomatik yolun hələ də açıq olduğunu” düşünmələri üçün həyata keçirildiyini iddia edib.

Başqa bir israilli rəsmi isə görüşlərin səmimi olduğunu və Cenevrədə irəliləyiş əldə ediləcəyi təqdirdə hücumun yenidən təxirə salına biləcəyini qeyd edib.

ABŞ-li rəsmi isə Cenevrədəki görüşlərdən sonra İranın Vaşinqtonun təqdim etdiyi təklifi qəbul etmədiyini, bunun ardınca isə artıq hücum hazırlıqlarını tamamlamış ABŞ və İsrailin hərəkətə keçdiyini irəli sürüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »