Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Giorgia Meloni seçkiləri saxtalaşdırmaq cəhdində ittiham olunur
Giorgia Meloni seçkiləri saxtalaşdırmaq cəhdində ittiham olunur

İtaliyada müxalifətdə olan Demokratik Partiya ölkənin baş naziri Giorgia Melonini qarşıdan gələn seçkiləri öz xeyrinə saxtalaşdırmağa cəhd göstərməkdə ittiham edib.

Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, bu bəyanat hakim koalisiyanın seçkilərdən sonra parlament yerlərinin bölüşdürülməsini tənzimləyəcək yeni seçki qanunu ilə bağlı razılıq əldə etməsindən sonra səsləndirilib.

“Onların prioriteti, yeganə qayğısı qəbuledilməz şəkildə qanunu dəyişdirərək öz mövqelərini təmin etməkdir”, - deyə Demokratik Partiyanın açıqlamasında bildirilir.

Öz növbəsində Yaşıllar və Sol Alyans Partiyasının nümayəndəsi Angelo Bonelli də yeni qanunun gələcək seçkiləri manipulyasiya etmək cəhdi olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »