İrana edilən hücumda eyni vaxtda təxminən 200 İsrail qırıcısı iştirak etdi və bu, İsrail Hərbi Hava Qüvvələrinin tarixdəki ən böyük döyüş əməliyyatı oldu.
Bizimyol.info xəbər verir ki, bu barədə İHQ mətbuat xidməti məlumat verib.
Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumda eyni vaxtda təxminən 200 İsrail qırıcısı iştirak edib.
Bəyanatda bildirilir ki, kütləvi hava zərbəsinin əsas hədəfləri İranın qərb və mərkəzi bölgələrində yerləşən raket qurğuları və müdafiə sistemləri olub.
“Bu, dəqiq planlaşdırma və yüksək keyfiyyətli kəşfiyyat məlumatları əsasında həyata keçirilmiş İsrail Hərbi Hava Qüvvələrinin tarixində ən böyük döyüş uçuşudur”, – deyə ordudan vurğulanıb.
Bizimyol.info






