Ermənistan–Türkiyə sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsində rus sərhədçilər erməni hərbçilərlə əvəz olunub.
Bizimyol.info xəbər verir ki, bu barədə hökumətin 2021–2026-cı illər proqramının icrası ilə bağlı cümə axşamı Nazirlər Kabineti tərəfindən qəbul edilən hesabatda bildirilir.
Müzakirəsiz qəbul olunan sənəddə qeyd edilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-keçid məntəqəsində xidməti yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları həyata keçirirlər.
Hesabatda həmçinin vurğulanır ki, 2026-cı ilin əvvəlindən “Axurik” sərhəd-keçid məntəqəsində də xidməti yalnız Ermənistan MTX-nin Sərhəd Qoşunlarının hərbçiləri aparır. Bildirilir ki, hazırda Ermənistan sərhədlərində MTX-nin Sərhəd Qoşunlarının tam nəzarətində olmayan heç bir fəaliyyət göstərən keçid məntəqəsi yoxdur.
Qadir, Bizimyol.info






