Bakı Avrasiya Universitetində üzvümüz İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM)-nin təşkilatçılığı, MÜSİAD Azərbaycan və tərəfdaş qurumların birgə iştirakı ilə “Məsuliyyətli Mühasib” konsepsiyası üzrə İATM Forum 2026 uğurla keçirilib.
Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, forumun əsas məqsədi “Məsuliyyətli Mühasib” mesajı çərçivəsində mühasiblərə etik davranış, hüquqi məsuliyyət, düzgün qərarvermə və şəffaf hesabatlılıq mədəniyyətinin aşılanması, həmçinin peşəkarlığın gücləndirilməsi və beynəlxalq standartların tətbiqinin təşviqi olub.
Forumun açılışında çıxış edən İATM-nin rəhbəri, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvü Radil Fətullayev, məsuliyyətli və vicdanlı kadrların mühasibatlıq sahəsində xüsusi önəm daşıdığını vurğulayıb. O, İATM-nin əsas hədəfinin əxlaqlı və peşəkar mühasiblər yetişdirmək olduğunu bildirib və tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara təşəkkür edib.
Tədbirdə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan isə mühasibatlığın zamanla daha geniş və strateji əhəmiyyət qazandığını qeyd edib. O bildirib ki, mühasibatlıq şirkət rəhbərləri üçün əsas qərarvermə alətlərindən biridir və bu sahədə hazırlanmış hesabatlar strateji qərarların əsasını təşkil edir.

Forum çərçivəsində mühasiblərin etik və hüquqi məsuliyyəti, beynəlxalq təcrübə və rəqəmsal mühasibatlığa keçid zamanı yarana biləcək risklər mövzularında panel müzakirələri və interaktiv sessiyalar təşkil olunub.
Bu gönderiyi Instagram'da gör






