İsveçrə Federal Şurası (hökuməti) Venesuela Prezidenti Nikolas Maduro və onun yaxın ətrafına aid olan şəxslərin bütün aktivlərini dondurub.
Bizimyol.info xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.
"5 yanvar 2026-cı ildə Federal Şura Nikolas Maduro və onun yaxın ətrafına aid olan digər şəxslərin İsveçrədə yerləşən bütün aktivlərini dərhal dondurmaq qərarına gəlib", - deyə bəyanatda qeyd edilib.
Bildirilir ki, bu tədbirlər qanunsuz əldə edilmiş aktivlərin konfederasiya xaricinə köçürülməsinin qarşısını almağa yönəlib. Qeyd olunur ki, dondurma İsveçrədə hələ sanksiya tətbiq olunmayan Maduroya yaxın şəxslərin aktivlərinə təsir etsə də, hazırkı Venesuela hökumətinin üzvlərinin aktivlərinə təsir etməyəcək. Federal Şura qeyd edib ki, dondurma 2018-ci ildən bəri Venesuelaya qarşı tətbiq edilən oxşar məhdudiyyətlərə əlavədir.
Qadir, Bizimyol.info






