Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla danışıqlar aparıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Türkiyə hakimiyyəti dəfələrlə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təmin etməyə hazır olduqlarını bildirib və Ukrayna ilə bağlı liderlər arasında görüşə ümid etdiklərini diqqətə çatdırıblar. Rusiya və Ukrayna nümayəndələri arasında əvvəllər İstanbulda üç raund danışıqlar keçirilib.
Bizimyol.info






