Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Yalovada 7 polis əməkdaşı yaralanıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Yalovada 7 polis əməkdaşı yaralanıb

Türkiyənin Yalovada vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı polis əməkdaşına atəş açılıb.

Bizimyol.info xəbər verir ki, Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirib.

Atışmada yeddi polis əməkdaşı yaralanıb. Bursadan xüsusi təyinatlı polislərin dəstəklədiyi əməliyyat təhlükəsizlik tədbirləri ilə davam edir.

Bu arada, yaralı polislərin sağlamlıq vəziyyətinin yaxşı olduğu barədə məlumat verilib. Yalova Valiliyi bu gün ərazidəki beş məktəbdə dərslərin dayandırıldığını açıqlayıb. Təbii qaz və elektrik kəsilib, mülki şəxslərin və nəqliyyat vasitələrinin münaqişə zonasına girməsinə icazə verilmir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »