Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fidan Qəzza sülh planının ikinci mərhələsini HƏMAS nümayəndələri ilə müzakirə edib
Fidan Qəzza sülh planının ikinci mərhələsini HƏMAS nümayəndələri ilə müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza sülh planının ikinci mərhələsini Siyasi Büro üzvü Xəlil əl-Heyanın rəhbərlik etdiyi radikal Fələstin HƏMAS hərəkatının nümayəndə heyəti ilə müzakirə etdi.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüşdə Qəzzadakı vəziyyət müzakirə edilib və Qəzza sülh planının ikinci mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Fidan Türkiyənin bütün platformalarda Fələstin hüquqlarını qətiyyətlə müdafiə etməyə davam etdiyini və ölkəsinin Qəzzanın mənzil və humanitar yardım ehtiyaclarını ödəmək üçün gördüyü işlər barədə məlumat verdiyini qeyd edib", - deyə məlumatda bildirir.

HƏMAS nümayəndələri öz növbəsində atəşkəs razılaşmalarına əməl etdiklərini, lakin İsrailin Qəzzaya zərbələr endirməyə davam etdiyini və bu mövqenin sülh planının ikinci mərhələsinə keçidi əngəllədiyini bildiriblər. "HƏMAS nümayəndə heyəti həmçinin bildirib ki, Qəzzaya buraxılan yük maşınlarının 60%-i kommersiya yükü daşıyır və humanitar yardımın həcmi ehtiyacları ödəmir. Xüsusilə, hələ də zəruri mallar, dərman, mənzil materialları və yanacaq çatışmazlığı var", - deyə qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »