Bu gün Bakı Konqres Mərkəzində MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq keçirilib.
Bizimyol.info xəbər verir ki, MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq tədbiri keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə 5-ci Ümumi Yığıncaq tədbirinin rəsmi hissəsində MÜSİAD Azərbaycanın son illərdəki fəaliyyətlərinə həsr olunmuş qısa film təqdim olunub.
MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 5-ci Ümumi Yığıncaq tədbirinin açılış çıxışı üçün MÜSİAD Azərbaycanın 2-ci dönəm İdarə heyətinin sədri Rəşad Cabirli kürsüyə dəvət olunub. Rəşad Cabirli MÜSİAD Azərbaycanın 2-ci dönəmində görülən işlər haqqında məlumat verib.
Tədbirin rəsmi açılış hissəsində MÜSİAD Azərbaycanın 3-cü dönəm İdarə heyətinin sədri Fuat Kayhan çıxış edib. Fuat Kayhan MÜSİAD-ın fəaliyyəti və gələcək hədəflərindən danışıb.
MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə keçirilən 5-ci Ümumi Yığıncaq tədbirində Türkiyə Respublikasının Vitse-Prezidenti Cevdet Yılmaz, Türkiyə Cümhuriyyətinin Ticarət naziri Prof. Dr. Ömer Bolat və Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Prof. Birol Akgün iştirak edib.
Qeyd edək ki, MÜSİAD 1990-cı ildən etibarən sahibkarları bir araya gətirən, qlobal təsirə malik beynəlxalq təşkilatdır. Dünyanın 84 ölkəsində fəaliyyət göstərən 177 şöbəsi, 70 mindən çox şirkəti və 3 milyondan artıq işçi qüvvəsi ilə iqtisadi inkişafın və sahibkarlığın gücləndirilməsi istiqamətində çalışır. Təşkilat yalnız biznesin inkişafını dəstəkləmir, eyni zamanda sosial məsuliyyət, təhsil təşəbbüsləri, qardaşlıq və əməkdaşlıq layihələri həyata keçirir. Azərbaycanda MÜSİAD Azərbaycan şöbəsi 2017-ci ildən fəaliyyət göstərir, qardaş Türkiyə ilə əlaqələri gücləndirərək, sahibkarlar arasında istiqamətləndirici körpü rolunu oynayır.
Son dörd ildə təşkilat 310 sosial fəaliyyət, 242 tədbir və 92 görüş həyata keçirərək, ölkədə sahibkarlığın inkişafına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr veri
Orxan Musabəyli, Bizimyol.info






