Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan 2026-cı ildə Ermənistanla münasibətlərdə mühüm addımlar atılacağına ümid edir
Ərdoğan 2026-cı ildə Ermənistanla münasibətlərdə mühüm addımlar atılacağına ümid edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankaranın Yerevanla münasibətlərin normallaşdırılması prosesində bəzi vacib addımları 2026-cı ilin əvvəlində gözlənilə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ankarada respublikanın xaricdə akkreditə olunmuş səfirləri ilə görüşdə bildirib.

"Uzun illərdir sülhün olmamasından əziyyət çəkən Cənubi Qafqaz hazırda tarixi bir dövr yaşayır. Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa əvvəlkindən daha yaxındırlar. Biz də Ermənistanla münasibətlərin normallaşdırılması prosesindəyik. Ümid edirəm ki, gələn ilin əvvəlində bu istiqamətdə bəzi mühüm addımlar atacağıq", - deyə Ərdoğan qeyd edib.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən bəri kəsilib. Ankara dəfələrlə bildirib ki, onların bərpası üçün əsas şərt Bakı ilə Yerevan arasında sülh müqaviləsinin bağlanmasıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »