Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünya Türk Dili Ailəsi Günü: Dilimizin Gücü və Əhəmiyyəti" - Burhanettin Duran
"Dünya Türk Dili Ailəsi Günü: Dilimizin Gücü və Əhəmiyyəti" - Burhanettin Duran

Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Burhanettin Duran, Dünya Türk Dili Ailəsi Günü münasibətilə sosial şəbəkədə paylaşım edərək, Türk dilinin ortaq dəyərlərimizin, tariximizin və mədəniyyətimizin daşıyıcısı olduğunu vurğuladı.

Bizimyol.info xəbər verir ki, Duran mesajında:

“Türk dili əsrlər boyu ürəkləri bir-birinə bağlayan, ortaq tariximizin və mədəniyyətimizin ən güclü təməl daşıdır. Dünya Türk Dili Ailəsi Günü münasibətilə, Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzərə qədər geniş coğrafiyada eyni dili danışan bütün qardaş xalqlarımıza sevgi ilə salamlarımı çatdırıram.

Əziz Cumhurbaşkanımız Recep Tayyip Erdoğanın dediyi kimi:"Birləşməyimiz gücümüzdür şüarı ilə Türk dünyasını hər sahədə gücləndirməyi, fərqli meydan oxumalar qarşısında daha dözümlü və mübariz hala gətirməyi məqsəd qoyuruq".

Bugün, Türk Dövlətləri Təşkilatının çətiri altında güclənən əməkdaşlığımız, ortaq dilimizin və mədəniyyətimizin gələcək nəsillərə daha güclü şəkildə ötürülməsinə öncülük edir.

Türk dili yalnız bir ünsiyyət vasitəsi deyil; o, ortaq dəyərlərimizin, tariximizin və mədəniyyətimizin daşıyıcısıdır.

Türk dilinin zənginliyini yaşadan, onu qoruyub inkişaf etdirən bütün qurumlarımıza, alimlərimizə və ürəkləri bu işə həsr edən hər kəsə ən dərin təşəkkürlərimi bildirirəm. Birləşməyimizin təməlini təşkil edən dilimizin hər bir sözü, gələcəyə doğru uzanan ortaq səsimizdir”, - deyə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »