Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 04:31-də qeydə alınan zəlzələnin maqnitudası 3,8 olub.
Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.






