Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yol kənarında, günəş altında, toz-torpaq içində qalan malların satışı istehlakçı hüquqlarının pozulmasıdır"
"Yol kənarında, günəş altında, toz-torpaq içində qalan malların satışı istehlakçı hüquqlarının pozulmasıdır"

Yol kənarındakı satış məntəqələrində meyvə-tərəvəz, su, içki və qida məhsulları həm baha, həm də keyfiyyətsizliyi ilə təklif olunur. Barkod nömrəsinə baxanda isə məhsulun real dəyərindən qat-qat baha satıldığı görünür. Məsələn, 40 qəpiklik biskvit 1 manata, 0.5 litr su 1.5 manata, bir ədəd banan 1 manata təklif olunur. Alıcıların alternativi olmadığı üçün bu qiymətlərlə razılaşmaqdan başqa çarəsi qalmır. Satıcılar da rəqabətsizlikdən istifadə edərək qiymətləri süni şəkildə şişirdirlər.

  • Yol kənarlarında və yolüstü mağazalara Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən nəzarət necə həyata keçirilir?
  • Keyfiyyətsiz, təhlükəli, üstəlik dəyərindən baha məhsulların satışının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov bildirib ki, vətəndaş tələbatına uyğun məhsulu uyğun gördüyü yerdən ala bilər.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Qiymətlər sərbəstdir. Dövlət tərəfindən tənzimlənməyən mallar istənilən şəxs tərəfindən istənilən qiymətə satıla bilər. Bu halda, alıcının seçim hüququ var - vətəndaş özü qərar verir və tələbatına uyğun məhsulu uyğun gördüyü yerdən ala bilər. Müxtəlif illərdə və bölgələrdə qiymətlərin fərqli olması bazar iqtisadiyyatının normal halıdır. Bazar iqtisadiyyatının tələblərində irəli gələn haldır.

Yol kənarında, günəş altında, toz-torpaq içində qalan malların satılmasına gəldikdə, bu məsələlərə yerli polis orqanları və yerli icra hakimiyyətləri, həmçinin Bakı şəhər İcra Ticarət və Xidmət Departamenti də nəzarət edir və onlar cavabdehdir. Çox təəssüf ki, bu sahədə istehlakçı hüquqlarının pozulması məsələsi mövcuddur”-deyə Eyyub Hüseynov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »