Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan Vatikanın dövlət başçısı Papa XIV Leo ilə görüşüb
Prezident Ərdoğan Vatikanın dövlət başçısı Papa XIV Leo ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikanın dövlət başçısı Papa XIV Leonu Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Bizimyol.info xəbər verir ki, səfərdə olan dövlət başçısı Papa XIV Leonu Prezident İqamətgahının qarşısındakı küçədə Papa XIV Leonun rəsmi avtomobilini qarşılayan süvari əsgər rəsmi girişə qədər onu müşayiət edib.

Ərdoğan Papa XIV Leonu Prezident İqamətgahının əsas girişində qarşılayıb. Prezident Ərdoğan və Papa XIV Leon mərasim meydançasında yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib və 21 top salamı verilib.

Papa XIV Leon fəxri qarovul dəstəsini qarşılayıb və "Salam, əsgərlər" deyib. Mərasimdə həmçinin tarix boyu qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb.

Prezident Ərdoğan və Papa XIV Leon nümayəndə heyətlərini bir-birlərinə təqdim ediblər. Ərdoğan və Papa XIV Leon Türkiyə və Vatikan bayraqları qarşısında jurnalistlərin şəkillər çəkməsi üçün dayanıblar. Daha sonra onlar təkbətək görüş keçiriblər. Prezident Kompleksində keçirilən görüş təxminən yarım saat davam edib. Prezident Ərdoğan və Papa XIV Leon daha sonra nümayəndə heyətləri arasında görüşə keçiblər.

Rəsmi səfər Anıtqəbirdən başlayıb. Papa XIV Leonu daşıyan təyyarə saat 12:23-də Ankara Esenboğa Hava Limanına eniş edib. Papa XIV Leonu hava limanında mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və rəsmilər qarşılayıb.

Papa XIV Leonun ilk dayanacağı Anıtqəbir olub. O, Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyub, bir dəqiqəlik sükutla yad edib və sonra xatirə şəkli çəkdirib.

Daha sonra Papa Milli Pakt Qülləsinə gedib və Anıtqəbir Xüsusi Kitabını imzalaıb.

Papa XIV Leo xüsusi kitabda bunları yazdı: "Türkiyəni ziyarət edə bildiyim üçün Allaha şükür edirəm və bu ölkəyə və xalqına bol sülh və firavanlıq arzulayıram".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »