Azərbaycanın Kipr Evinin qurucusu, iş adamı Ruslan Quliyev, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucu Prezidenti Rauf Raif Denktaşın vəsiyyətini illər sonra yerinə yetirdi.
Bizimyol.info xəbər verir ki, bu barədə Ramazan Adnan "Youtube" kanalında yayınladığı yazıda qeyd edib.
Sağlığında Rauf Raif Denktaş ilə görüşən və ondan "Qarabağı aldıq müjdesini" gətirmələrini istəyən Quliyev, ancaq Qarabağın azad olmasına ömrünün yetmədiyini qeyd edərək, Qarabağ torpağını Denktaşın məzarına göndərilməsi üçün MYK Xəbər komandasına tapşırdı.
MYK Xəbərin Bakıda yerləşən Kipr Evində ziyarət etdiyi Ruslan Quliyev, Rauf Raif Denktaşın xatirəsini yad edərək, torpaq göndərməsinə səbəb olan o tarixi anı belə izah edib:
"ŞKTC-yə etdiyimiz hər səfərdə mərhum Denktaşı da ziyarət edərdik. Son görüşməmizdə ona "Bir də gələndə nə gətirək?" deyə soruşduq. O da "Qarabağ"ı aldıq müjdesini gətirin, mənim üçün yetərli" dedi. Allah rəhmət eləsin, gələcəyi görən bir insan idi, amma Qarabağın azadlığını görmədi. O torpaqlara getmək arzusuyla bu dünyadan köçdü. Biz də Azərbaycanın Qarabağ bölgəsindən olan bu torpağı, simvolik olaraq sizə vermək və Sərdar bəyə aparmağınızı istəyirik ki, Denktaşın məzarının üzərinə səpsin. Ruhu şad olsun."
MYK Xəbər komandası, Quliyevin onlara təhvil verdiyi Qarabağın Şuşa bölgəsindən götürülən torpağı, Rauf Raif Denktaşın abidə məzarında oğlu Serdar Denktaşa təqdim edib.
Azərbaycan bayrağına sarılmış şəkildə torpağı alan Serdar Denktaş, Ruslan Quliyevə təşəkkür edib və "Bu torpaq daim baş ucumda olacaq" deyib.
Duyğusal anlar yaşayan Serdar Denktaş, bunları qeyd etdi: "Dəyərli Quliyev, çox böyük bir vəfa göstərdi. Bu torpağı baş ucuna qoyaraq, daim burada saxlayacağıq ki; Qarabağın müjdesini görə bilməsə də, hiss edərək rahat uyusun. Bu torpaq burada həmişə qalacaq. Əzizimiz Quliyevə, həm ailəmiz adına, həm də Kipr Türk xalqı adına ən dərin təşəkkürlərimi bildirirəm."






