Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oyun qumlarının tərkibində cüzi şüalanma daşıyan asbest var ki, çox uzun müddətdə təhlükəli ola bilər"
"Oyun qumlarının tərkibində cüzi şüalanma daşıyan asbest var ki, çox uzun müddətdə təhlükəli ola bilər"

Avstraliyanın paytaxtı Kannberrada oyun qumlarında "tremolit" adlı asbest növü aşkar edildiyi üçün 70 məktəbdə təhsil dayandırılıb. Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının (ACCC) laboratoriya testləri nəticəsində, 2020–2025-ci illər arasında alınan qumların təhlükəli olduğu müəyyən edilib. ACT Təhsil Naziri Yvette Berry, bölgədə asbestlə bağlı qanunların ən sərt olduğunu və təhlükənin az olmasına baxmayaraq ciddi tədbirlər görüldüyünü bildirib. Təmizləmə işləri yalnız sertifikatlı mütəxəssislər tərəfindən aparılacaq. Oxşar tədbirlər Yeni Zelandiyada da həyata keçirilib. 200-dən çox məktəb və baxça məsləhət alıb və geri çağırılan məhsullar üçün tədarükçülərdən kompensasiya tələb olunub.

  • Uşaqların təmasda olduğu oyun qumlarında asbest kimi zərərli maddələrin olması hansı sağlamlıq risklərini doğura bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına fitoterapevt Fuad Mahmudov bildirib ki, bu şüalanma cüzi bir şüalanma formasıdır.

“Bu, elə bir tərkibli birləşmədir ki, özündən şüalanma yaradır və özünə şüalanmanı toplayır. Əslində minlərlə və on minlərlə dam örtüyü asbest dam örtüklərindən düzəlib. Həmin adamların heç birində nəzərə çarpan qeyri-adi bir xəstəlik baş verməyib. Yəni bu, o dərəcədə cüzi bir şüalanma formasıdır ki, bunu dəhşətli bir şüalanmalarla müqayisə etmək olmaz. Məsələn; bunun insan orqanizmə təsiri olan şüası (Maqnit Rezonans Tomoqrafiya) MRT-nin təsirindən bəlkə min dəfələrlə zəifdir. Rentgendən daha da zəifdir. Oyun qumlarında asbest var. Axı orda uşaqlar gecə-gündüz qalmırlar. Uşaqlar günün 1 saatını qalırlar, hətta gecə-gündüz qalsalar belə, o elə bir qorxulu bir şey deyil. Mən bu yaşıma gəlmişəm, eşitməmişəm kimsə asbestin şüası və yaxud zərərli təsirindən xəstəxanaya düşsün.

Demək olar ki, dünyanın və bir çox Avropa ölkələrində hamısı belədir. Orda qorxulu doza yoxdur. Ola bilər, hardasa toplanma olsun, amma o qədər xırda dozadır ki, uşaqlarda xəstəlik yaratmayacaq. Əgər uşaqlar illərlə ondan istifadə etsələr, o qumun üzərində 30 il oynasalar, orda təbii ki, hansısa bir hadisə baş verə bilər”-deyə fitoterapevt Fuad Mahmudov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »