Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Uşaqlar bizim genofondumuzdur və onların sağlamlığı cəmiyyətin gələcəyi üçün son dərəcə vacibdir"
"Uşaqlar bizim genofondumuzdur və onların sağlamlığı cəmiyyətin gələcəyi üçün son dərəcə vacibdir"

Avropa məktəblərində istifadə olunan oyun qumlarında asbestin aşkarlanması ciddi narahatlıq yaradıb. Bu maddənin tərkibindəki zərərli liflər insan orqanizmi üçün təhlükəli hesab olunur və bir çox hallarda xərçəng xəstəliklərinə səbəb ola bilir.

  • Asbest nədir?
  • Xüsusilə uşaqlar bu riskə nə dərəcədə həssasdır?
  • Belə halların qarşısını almaq üçün hansı tibbi və profilaktik tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, asbest kimi maddələr kanserogendir və yüksək riskli kimyəvi maddələr sayılır.

Adil Qeybulla Adil Qeybulla

"Uşaqların təmas edəcəyi bütün əşyalar - istər plastik oyuncaqlar, geyimlər, istərsə də digər vasitələr - təhlükəsizlik parametrlərinə tam cavab verməlidir. Çünki uşaqlar bizim genofondumuzdur və onların sağlamlığı cəmiyyətin gələcəyi üçün son dərəcə vacibdir. Asbest kimi maddələr isə kanserogendir və xərçəngə səbəb ola biləcək yüksək riskli kimyəvi maddələr sayılır. Asbest sənayesində işləyənlərdə uzunmüddətli təmas nəticəsində ağciyər, bronx, qırtlaq, traxeya və digər orqanların xərçəngi yarana bilər.

Uşaqların bu maddə ilə təması yolverilməzdir. Çünki görünməyən mikroskopik hissəciklər nəfəs yollarına daxil olaraq, xüsusilə müdafiə baryeri tam formalaşmamış uşaq bronxlarında yığılıb qalır, bronxit epitelini zədələyir, xroniki bronxitə və gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər. Buna görə də hesab edirəm ki, uşaqların istifadə etdiyi hər bir məhsul ciddi təhlükəsizlik parametrlərinə cavab verməlidir"-deyə Adil Qeybulla qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »