Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan
Strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə bildirdiyi kimi Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, həm də xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Azərbaycan hazırda elə bir mövqedədir ki, sanki Mərkəzi Asiya ölkələri ilə dünyanı birləşdirmək rolunu oynayır.

Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və həmin müddətdə cənab prezident İlham Əliyev qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlar arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq. Özbəkistana gəldikdə isə biz görürük ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Çünki bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Bu gün də dövlətlərarası münasibətlər möhkəm təməl üzərində uğurla inkişaf edir. Artıq yürüdülən siyasət nəticəsində əminliklə demək olar ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.

Vüqar İskəndərov Vüqar İskəndərov

Milli Məclisin deputatı Vüqar İskəndərov

Son xəbərlər
Bütün xəbərlər »