Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin Avropa İttifaqına illərdir qəbul edilməməsinin siyasi, iqtisadi, təhlükəsizlik və dini səbəbləri var"
"Türkiyənin Avropa İttifaqına illərdir qəbul edilməməsinin siyasi, iqtisadi, təhlükəsizlik və dini səbəbləri var"

“Avropa Birliyinə (AB) 2030-cu ilə qədər yeni ölkələrin qoşulması mümkündür”. Bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. Diplomat vurğulayıb ki, bu dövlətlər arasında Albaniya, Moldova, Ukrayna və Monteneqro var. Kaya Kallas əlavə edib ki, Ukraynanın AB-yə üzv olması həm də onun təhlükəsizliyi üçün vacib təminat rolunu oynamalıdır.

  • Bəs Türkiyə 25 ildən artıqdır ki, gözləməsinə baxmayaraq, AB-yə qəbul edilmir?
  • Türkiyənin niyə Avropa İttifaqına almaq istəmirlər?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik məsələsi ön plana çıxır.

Samir Hümbətov Samir Hümbətov

“Birinci məsələ ondan ibarətdir ki, Türkiyə Avropa İttifaqına alınarsa, siyasi baxımdan artıq Türkiyənin 90 milyona yaxın əhalisi var. Bu da təqribən Avropa Parlamentində birdən-birə yüzdən artıq deputata yer açılması deməkdir ki, bu zaman da artıq Türkiyə özlüyündə bir güc halını alır. Və təqribən Avropa İttifaqında 12-15 faizlik səs yalnız Türkiyənin əlində olacaq ki, bu da Avropa İttifaqı qərarlarına təsir edəcək”-deyən politoloqun fikrincə, digər tərəfdən burada bir xristian-müsəlman dini təəssübkeşliyi məsələsi var.

“Almaniya kansleri Angela Merkelin bir açıqlaması vardı ki, “biz istəsək də, Türkiyəni Avropa İttifaqına daxil edə bilmərik. Çünki bura bir xristian klubudur”. Bu, bir mesaj idi. İqtisadi baxımdan götürsək, əgər belə bir hal baş verərsə, Türkiyə əhalisi, türklər Avropa ölkələrində daha rahat və vizasız keçid, yəni vizaya ehtiyac olmadan vahid məkan çərçivəsində hərəkət edə biləcəklər, hətta işləyə biləcəklər ki, bu da Avropaya sərf etmir.

Təhlükəsizlik məsələsinə gəldikdə, onlar hesab edirlər ki, əgər Türkiyə Avropa İttifaqına daxil olacaqsa, o zaman artıq Yaxın Şərqdə və Əfqanıstandan digər ərazilərdən - Afrikadan gələn miqrantların Türkiyə üzərindən Avropaya daha rahat keçidi baş verə bilər ki, bu da Avropanı ciddi narahat edir. Avropanın özü bu dəqiqə iqtisadi, siyasi və təhlükəsizlik baxımından çox ciddi təhdidlərlə üz-üzədir”-deyə qeyd edən Samir Hümbətov vurğulayıb ki, Türkiyənin Avropa İttifaqıınq qəbul edilməsi inandırıcı deyil.

Samir Hümbətov hesab edir ki, burada ən önəmli məsələ həm də din məsələsidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »