Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziya Qəzzaya göndərilmək üçün 20.000 əsgər hazırlayıb
İndoneziya Qəzzaya göndərilmək üçün 20.000 əsgər hazırlayıb

İndoneziya müdafiə naziri Prabovo Subianto ölkəsinin Qəzza üçün planlaşdırılan beynəlxalq sülhməramlı missiyada iştirak etmək üçün 20.000 əsgər hazırladığını açıqlayıb. Lakin, bu mərhələdə ordunun göndərilmə tarixi ilə bağlı rəsmi qərar hələ verilməyib.

Bizimyol.info xəbər verir ki, nazirin sözlərinə görə, əsgərlər tikinti və tibbi tapşırıqları yerinə yetirəcəklər, lakin təhlükəsizliklə məşğul olub-olmayacağını dəqiqləşdirməyiblər.

"Qəzzaya göndərilmə ilə bağlı hələ də əlavə qərarlar gözləyirik", - deyə Subianto bildirib.

Xatırladaq ki, aprel ayında İndoneziya prezidenti ölkəsinin Qəzzadan fələstinliləri qəbul etməyə hazır olduğunu açıqlamışdı.

O, Xarici İşlər Nazirliyinə Fələstin nümayəndələri və mütəxəssisləri ilə Qəzzalıların İndoneziyaya təxliyəsi mexanizmini müzakirə etməyi tapşırıb. Prezidentin sözlərinə görə, İndoneziya "Qəzzadakı müharibədən zərər çəkmiş fələstinlilərə müvəqqəti sığınacaq verməyə və yaralıları, xəsarət alanları və yetimləri təxliyə etməyə hazırdır".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »