Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ŞKTC-nin 42-ci ildönümü münasibətilə qəbul təşkil edildi
Bakıda ŞKTC-nin 42-ci ildönümü münasibətilə qəbul təşkil edildi

Azərbaycanın paytaxtı Bakıda Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

ŞKTC-nin Azərbaycan nümayəndəsi, səfir Ufuk Turganerin ev sahibliyi etdiyi tədbirdə Türkiyənin Bakıda səfiri Birol Akgün, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən türk qurum və təşkilatlarının nümayəndələri, iş adamları və çoxsaylı dəvətlilər iştirak ediblər.

Tədbir vətən uğrunda canını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş dövlət rəhbərlərinin anılması ilə başlayıb. Ardınca Türkiyənin İstiqlal Marşı və Azərbaycan Milli Marşı səsləndirilib.

Səfir Turganer çıxışında 11 noyabrda Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türk Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsində şəhid olan əsgərləri yad edərək başsağlığı verib.

Turganer çıxışında Kıbrıs türk xalqının illərdir Rumlar tərəfindən gördüyü təzyiq və zülmdən, Türkiyənin həyata keçirdiyi Barış Hərəkatından və ŞKTC-nin quruluş prosesindən danışıb.

O qeyd edib ki, ŞKTC uzun illərdir üzləşdiyi haqsız və insanlıqdan kənar embarqo və izolasiya siyasətlərinə baxmayaraq, Türkiyə Respublikasının dəstəyi ilə hər gün daha da inkişaf edir, güclənir və inkişafa doğru irəliləyir.

“Kıbrıs türkü suverenliyinin, müstəqilliyinin və dövlət sahibi olmağın dəyərini bilərək haqlı mübarizəsini qətiyyətlə davam etdirəcək,” – deyə o bildirib.

Turganer qeyd edib ki, Rumlar 62 il əvvəl ortaq dövlət quruluşunu ələ keçirib və bu gün Kıbrıs məsələsinin adada iki ayrı xalq və iki ayrı dövlətin varlığı əsasında, ədalətli və davamlı şəkildə həll olunması, yalnız Kıbrıs türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusunun tanınması ilə mümkün ola bilər.

Türk Dövlətləri Təşkilatı daxilində yer almanın ŞKTC üçün böyük məsuliyyət olduğunu vurğulayan Turganer bildirib: “ŞKTC, türk dünyası strukturlarında və fəaliyyətlərində aktiv şəkildə yer alır. Türk dünyasının birliyi və həmrəyliyi indiki şəraitdə böyük əhəmiyyət daşıyır.”

Azerbaycan–ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev də ŞKTC-nin 42-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Feyziyev: “ŞKTC, türk dünyası tarixində azadlıq uğrunda milli iradənin və siyasi mübarizənin ən parlaq nümunələrindən biridir”, - deyib. O, ŞKTC-nin Qərb dövlətlərinin ayrı-seçkiliklə yanaşmasının hədəfi olduğunu vurğulayıb.

Bu vəziyyətin türk dünyasını Kıbrıslı türklərə mənəvi və siyasi dəstək göstərməyə təşviq etdiyini deyən Feyziyev, Prezident İlham Əliyevin sözlərini xatırladıb: “ŞKTC türk dünyasının ayrılmaz bir parçasıdır və biz hər zaman qardaşlarımızın yanındayıq.”

Feyziyev əlavə edib ki, Azərbaycan–ŞKTC Parlamentlərarası Dostluq Qrupu iki xalq arasında dostluq, qardaşlıq, mədəni və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Tədbirdə qonaqlara türk mətbəxindən müxtəlif təamlar təqdim olunub.

Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsində əsgərlərin şəhid olması səbəbilə qəbul zamanı musiqi səsləndirilməyib.

Son xəbərlər
Bütün xəbərlər »