Prezident Erhürman öz çıxışında Türkiyə Prezidentinə dəvət və qonaqpərvərlik üçün təşəkkür edib. O, Atatürkü anaraq, 11 noyabrda baş verən təyyarə qəzasında şəhid olan türk əsgərlərinə Allahdan rəhmət diləyib.
Erhürman bildirib ki, ŞKTC ilə Türkiyə arasındakı münasibətlər müqayisə olunmaz dərəcədə xüsusi və qardaşlıq xarakterlidir və bu ənənənin öz dövründə də davam edəcəyini vurğulayıb.
O, Kıbrıs Türk xalqının adada iki bərabər qurucu tərəfdən biri olduğunu, suverenlik hüquqlarının müzakirə mövzusu ola bilməyəcəyini, nə Rum liderliyinin, nə də beynəlxalq ictimaiyyətin türk tərəfinin iradəsini görməməzlikdən gələ bilməyəcəyini qeyd edib:
“Kıbrıs Türk xalqının egemenlik hüquqlarının pozulmasına, xalqımın yox sayılmasına dözümlülüyümüz yoxdur.”
Erhürman bildirib ki, Kıbrısda həll istəyən tərəf hər zaman türk tərəfi olub və məqsədsiz danışıqlarda iştirak etməyəcəklər. O vurğulayıb ki, sonu olmayan danışıqlar dövrü artıq bitməlidir.
Prezident Erhürman eyni zamanda qeyd edib ki: “Kimsə bizdən nəticə verməyən yolları yenidən sınamağımızı gözləməməlidir.”
Müzakirələrin nəticə yönümlü olmasının vacibliyini qeyd edən Erhürman, əgər əhatəli həll masası qurularsa ŞKTC-nin orada olacağını, əks halda adada gündəlik həyatı asanlaşdıracaq mexanizmlərin yaradılması üçün dialoqdan çəkinməyəcəklərini bildirib.
Erhürman, ŞKTC xalqının dünya ilə əlaqə hüququna sahib olduğunu vurğulayaraq, Türkiyənin diplomatik imkanlarından istifadə etməklə xalqının hüquqlarını hər platformada müdafiə edəcəyini söyləyib.






