Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14 noyabr Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur
14 noyabr Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi cəmiyyətin diqqətini diabetin yayılmasına, fəsadlarına və qarşısının alınması yollarına yönəltməkdir.

Diabet sadəcə bir xəstəlik deyil, düzgün müalicə olunmadıqda ürək-damar, böyrək, göz və sinir problemləri kimi ciddi nəticələrə səbəb ola biləcək xroniki bir vəziyyətdir. Bu gün dünyada uşaqlar da daxil olmaq üzrə milyonlarla insan bu xəstəliklə yaşayır.

Şəkərli diabet inusilin çatışmazlığı, yaxud inusilin təsirində yetərsizlik nəticəsində meydana çıxan xroniki hiperqlikemi ilə xarakterizə olunan metabolik bir xəstəlikdir. Şəkərli diabetin 4 əsas növü olsa da, ən çox rast gəlinən formaları şəkərli diabet tip 1, şəkərli diabet tip 2-dir. Şəkərli diabet tip 2 daha çox yetişkin şəxslərdə rast gəlinir. Ümumiyyətlə bütün diabetiklərin 90 % -dən çoxunu təşkil edir. Şəkərli diabet tip 1 isə uşaq və yeniyetmələrdə rast gəlinir. Bütün diabet növlərinin 5-10 %-ni təşkil edir və inusilindən asılı diabet kimi də adlanır.

Erkən həyati faktorlar olduqca önəmlidir. Uşaqların 1 yaşa kimi ana südü ilə deyil, süni qidalarla qidalanması erkən yaş dövründən inək südü ilə - proteinlə təmasda həmin uşaqlarda diabet riskini artırmış olur. Təbii ki, genetik amillər də burda rol oynayır. Uşaqların qeyri-düzgün qidalanması, paketləşdirilmiş şirniyyatlardan erkən istifadə etməsi onların bağırsaq mikroflorasını pozur bu da tip 1 diabetin meydana çıxmasına gətirib çıxarır. Ona görə analar uşaqların heç olmasa 1 yaşa qədər, 1.8 yaşa qədər ana südü ilə qidalanmaslna çox diqqət etmək lazımdır.

Bir müddət öncə sosial şəbəkədə Özbəkistanda şəkərli diabetin uşaqlar arasında çox geniş yayıldığı ilə bağlı xəbər oxumuşdum. Diabetin sürətlə yayılmasının əsas səbəblərindən biri zərərli tərkibli, “abur-cubur” adlandırdığımız konsentratla zəngin ola qidalardır - rus dilində buna “вкусняшка” deyilir.

Dövlət belə olan məqamda həyəcan təbili çalıb. Səhiyyə orqanı ilə müştərək addım ataraq elan ediblər ki, bu xəstəlikə mübarizə aparacaqlar və böyüməsinin qarşısını alacaqlar.

Hazırda şəkərli diabet dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. ÜST-ün hesablamalarına görə, bu xəstəlik dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır.

Ölkəmizdə statistikaya baxsaq, Respublika Endokrinoloji Mərkəzinin verdiyi məlumata görə, şəkərli diabet tip 1 -dən ölkəmizdə 35765 nəfər əziyyət çəkir ki, bunlar arasında da 2415- i məhz 18 yaşa qədər olan uşaqlar təşkil edir.

Diabet sadəcə tibbi diaqnoz deyil, sosial məsuliyyətdir. Təkcə insanın sağlamlığına deyil, həm də sosial həyatına təsir edir. Diabetlə mübarizə təkcə tibbi məsələ deyil, həm də insan hüquqları, sosial ədalət və bərabərlik məsələsidir.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »