Fəlakət və Təcili Yardım İdarəetmə Agetliyi (AFAD) Cənubi Kipr Rum Administrasiyasının (GCASC) sahillərində Aralıq dənizində 5,2 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Agetliyin verdiyi açıqlamada Cənubi Kipr Rum Administrasiyasının (GCASC) sahillərində saat 12:31-də 5,2 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Kipr Yunan mediasının məlumatına görə, episentri Cənubi Kipr Rum Administrasiyasının Pafos şəhərindən 20 kilometr aralıda olan zəlzələ 15 kilometr dərinlikdə baş verib.
Təxminən 15 saniyə davam edən zəlzələ Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) digər şəhərlərdə, xüsusən də Nikosiyada hiss edilib.
ŞKTC Mülki Müdafiə Təşkilatının rəsmiləri zəlzələnin ölkə miqyasında hiss olunduğunu, lakin heç bir problem yaşanmadığını bildiriblər.
Bizimyol.info






