“Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) keçirilib.
Bizimyol.info xəbər verir ki, bu gün Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) tədbiri keçirilib.
Tədbir ənənəvi şəkildə Vətən uğrunda canından keçən şəhidlərin ruhuna hörmət əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb. Azərbaycan və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib, ardınca Quran-i Kərim tilavəti gerçəkləşdirilib.
Forumun açılış çıxışı öncəsi MÜSİAD Azərbaycanın tanıtım çarxı nümayiş olunub.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan, Kiçik Və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri Orxan Məmmədov, Gənc MÜSİAD Azərbaycan Başkanı Akif Başoğlu, Gənc MÜSİAD Sədr müavini Ali Osman Özen, MÜSİAD Azərbaycan Şöbə sədri Rəşad Cabirli, Gənc MÜSİAD Sədri Mağsum Usta, Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Dr. Enes Eminoğlu çıxış edib.
Rəsmi çıxış sonrasında tədbir panel müzakirələri ilə davam edib.
Forumun ilk paneli “Gənc Startapçılar üçün yeni nəsil ekosistemlər” Entren şirkətinin təsisçisi və sədri Erdem Derelinin moderatorluğunda baş tutub. Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İnvestisiya və Maliyyə İdarəsi Maliyyə İnvestisiyaları Bölmə Müdiri Kaan Masatçı, RePie Portföy həmtəsisçisi Mehmet Ali Ergin və SOCAR İnnovasiya və Strategiya Sədri, Teymur Əliyev və InMerge Ventures rəhbəri, Pasha Holding İnnovasiya Müdiri Hüseyn Mahmudov panel çərçivəsində mövzu müzakirəsi aparıb.
İkinci panel Buta Group şirkətinin İcraçı direktoru Alim Şentürkün “Avrasiyada yeni nəsil ticarət körpüləri” mövzusu çərçivəsində baş tutub. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Özəl Tərəfdaşlığı və Potensialın Artırılması şöbəsinin rəhbəri Anar Yusifzadə, Pasha Management Company Grup Satın Alma Müdiri Qəhrəman Abbasov, GlocalBASE şirkətinin qurucusu Melih Elidüzgün və Bahçeşehir Universiteti Ali təhsil İnstitutunun müdiri ve Rektör Danışmanı Doç. Dr. Yücel Batu Salman panel mövzusu üzrə fikirlərini bölüşüb.
Forumun “Ticarət diplomatiyasının gələcəyi və diasporun gücü” adlı son paneli BAU Hub ve BUG Lab TEKMER Direktoru Seda Satırın moderatorluğunda baş tutub. Panel çərçivəsində NAYORA təmsilçisi Rafael Hacıbəyli, Gənc MÜSİAD Sədr müavini Ali Osman Özen və Bahçeşehir Universiteti Rektor məsləhətçisi İhsan Alpargın mövzu üzrə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, forumda Milli Məclisin deputatları, İstanbul Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Esra Hatipoğlu, Bahçeşehir Universitetinin rəsmiləri və şirkət nümayəndələri iştirak edib.
Orxan Musabəyli, Bizimyol.info






