“Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi görüş təşkil olunub.
Bizimyol.info xəbər verir ki, sabah Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi təşkil olunan görüşdə Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner və İstanbul Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Esra Hatipoğlu və universitetin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün siyasi müttəfiqliyin, iqtisadi və mədəni tərəfdaşlığa da qapı açdığını qeyd edib.

Türk Dövlətləri Təşkilatının fəaliyyətindən və "Orta Dəhliz"in gələcəyindən bəhs edən səfir, "Gənc MÜSİAD" tərəfindən sabah keçiriləcək forum iştirakçılarına uğurlar arzu edib.
Qeyd edək ki, tədbirdə "Gənc MÜSİAD" və "MÜSİAD" Azərbaycanın rəhbərlik nümayəndələri, həmçinin İstanbuıl Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Esra Hatipoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün və Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu çıxış edib.
Orxan Musabəyli, Bizimyol.info






