Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəza xəbərdarlığı işığı qəza yaratmaq üçün deyil... Sağa-sola dönməyin, geriyə maşın sürməyin - Video
Qəza xəbərdarlığı işığı qəza yaratmaq üçün deyil... Sağa-sola dönməyin, geriyə maşın sürməyin - Video

Bütün avtomobillərdə bu işarə var. Qəza xəbərdarlığı işarəsi... Düzgün istifadə etmək xüsusi ustalıq tələb etmir. Kiçik toxunuşla həyat xilas etmək, həyata tutunmaq olar.

Qəza xəbərdarlığı işarəsi qəza, təhlükə, maneə xəbərdarlığı üçündür. Maşın hərəkətdə olarkən ehtiyac halında yandıra bilərsiniz. Ehtiyac olmayanda söndürməyi unutmayın.

Arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü münəccim deyil, gələcəyi görmür, niyyətinizi oxuya bilməz. Qəza işığını yandırmısınız deyə yolun ortasında saxlayıb telefonla "oynamaq", yan tərəfinizdə saxlayan maşınla söhbət etmək, arxada qalan hansısa məkana sürüb qayıtmaq kimi haqqınız da yoxdur.

Qəza xəbərdarlığı işığını yandırıb sağa-sola çıxmayın. Sağa-sola dönmək üçün digər işıqlardan istifadə edə bilərsiniz. Sayğac yazmır, pulunuz çıxmır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »