Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev artıq üçtərəfli görüş hazırlayır - Media
Ağ Ev artıq üçtərəfli görüş hazırlayır - Media

Ağ Ev artıq ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında üçtərəfli görüşün təşkili üzərində işləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Suspilne" Tramp administrasiyasındakı məlumatlı mənbələrə istinadən məlumat yayıb. Həmsöhbətlərin sözlərinə görə, üçtərəfli danışıqlar gələn həftə baş tuta bilər, lakin yeri hələ müəyyən edilməyib.

Eyni zamanda, Ağ Evin mətbuat katibi Caroline Leavitt Prezident Trampın hər iki ölkənin liderləri ilə görüşlərə açıq olduğunu təsdiqləyib.

"Prezident Trampın dünən bəyan etdiyi kimi, ruslar prezident Trampla görüşmək istəyini ifadə ediblər və prezident bu görüşə hazırdır. Prezident Tramp həm prezident Putin, həm də prezident Zelenski ilə görüşmək istəyir, çünki o, bu amansız müharibənin bitməsini istəyir. Ağ Ev bu potensial görüşlərin təfərrüatlarını hazırlayır və təfərrüatlar lazımi vaxtda veriləcək", - deyə Levitt bildirib.

Ukrayna mətbuatı xəbər verib ki, son vaxtlar Donald Tramp, Vladimir Zelenski və Vladimir Putin arasında mümkün görüşlə bağlı danışıqlar intensivləşib. ABŞ prezidenti Rusiya və Ukrayna liderləri ilə əvvəlcə ayrı-ayrılıqda danışıqlar aparmağa, sonra isə üçtərəfli sammit təşkil etməyə hazır olduğunu açıq şəkildə bəyan edib.

Kreml Tramp və Putin arasında görüşün yaxın günlərdə baş tuta biləcəyini təsdiqləyib, lakin Zelenskinin iştirakı sual altında qalır.

Ukrayna prezidenti təkid edir ki, bu formatda istənilən təmaslar ən azı müvəqqəti atəşkəs əldə edildikdən sonra, həmçinin Avropa tərəfdaşlarının zamin qismində iştirakı ilə mümkündür. Moskva isə hesab edir ki, indiki məqamda üçtərəfli sammitin baş tutması ehtimalı azdır və bu, yalnız danışıqlar qrupları səviyyəsində müəyyən irəliləyişdən sonra baş tuta bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »