Ermənistanın Baş naziri Nikol Paşinyan, Konstitusiya Günü münasibətilə öz mövqeyini təkrarlayaraq bildirdi ki, Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var və o, "Reallıqda Ermənistan" təqdimatını təqdim edərək, Araz dağı ilə yenilənmiş ölkə xəritəsini göstərib.
Bizimyol.info xəbər verir ki, Baş nazir Nikol Paşinyan, Ermənistan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə (5 iyul 2025) çıxışı zamanı bildirib.
"Ermənistana yeni və xalqın səsverməsi ilə qəbul ediləcək bir Konstitusiya lazımdır. Həmin Konstitusiya, xalqın öz vətənində və dövlətində həyat qaydalarını müəyyən etdiyi hüquq qaydası olmalıdır", - deyə Baş nazir Nikol Paşinyan bildirib.
O, vurğulayıb ki, son 35 ildə Ermənistanda tətbiq olunan hüquq qaydaları xalqın iştirakı olmadan qəbul edilib və buna görə də insanlar bu qaydaları özlərinə aid hiss etmirlər.
Baş nazirin fikrincə, Ermənistanın yeni Konstitusiyası, ölkənin bu günkü reallığını əks etdirməlidir. Bu gün isə insanlar öz vətənini və dövlətini vahid bir təfəkkürlə, bir bədii mövcudluq kimi qəbul edirlər. Paşinyan Ermənistanın gələcəyinin yalnız xalqın iradəsi ilə formalaşacağını vurğulayıb: "Bizim mesajımız çox aydın olmalıdır. Bu mesajın konkret ifadəsi yeni Konstitusiyada öz əksini tapmalıdır. Yeni Konstitusiya Ermənistan xalqının azad iradəsi ilə qəbul edilməlidir. O, belə ifadə etməlidir: Ermənistan vətəndaşı, dövlət — bu səndir, sən — Ermənistan Respublikasısan", - deyə o əlavə edib.
Daha əvvəl Ermənistanın Ədalət naziri Srbuhi Qalyan qeyd edi ki, yeni Konstitusiyanın mətni 10 ay ərzində hazır ola bilər, lakin bu müddət müzakirələrin gedişatından asılıdır. O, həmçinin bildirib ki, Konstitusiya islahatları üzrə Şuranın sonrakı iclası iki həftəlik uzun fasilədən sonra keçiriləcək.
Qeyd edək ki, Ermənistanın mövcud Konstitusiyası 1995-ci ildə qəbul edilib və 2005 və 2015-ci illərdə düşəlişlər edilib. 2015-ci ildəki düzəlişlər nəticəsində ölkə yarımprezidentlik sistemindən parlamentarizminə keçib.
Qadir, Bizimyol.info