Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan prezidenti seçkilərə görə maxalifətçiləri əfv edəcək
Gürcüstan prezidenti seçkilərə görə maxalifətçiləri əfv edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili həbsdə olan siyasətçilər yerli seçkilərdə iştirak etməyə hazır olduqları təqdirdə onları əfv etməyə hazır olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, müvəqqəti parlament komissiyasının iclasına gəlmədiklərinə görə səkkiz müxalifət liderinə qanunla nəzərdə tutulmuş həbs cəzası verilib.

"Düz üç ay sonra, 2025-ci il oktyabrın 4-də yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə Gürcüstan əhalisi 64 bələdiyyənin merlərini və şəhər şuralarını seçəcək. Gürcüstan qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və seçkilərdə iştirak etmək arzusunu ifadə edən bütün siyasi partiyaların bu seçkilərdə tam şəkildə iştirak etməsi vacibdir. Həmçinin bütün siyasi partiyaların seçki kampaniyası aparmaq üçün tam imkan yaradılması vacibdir", - deyə Kavelaşvili sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bir sıra siyasi partiyaların ayrı-ayrı liderləri Gürcüstan qanunvericiliyinə uyğun olaraq həbsxanalarda cəza çəkirlər. "Bu halları nəzərə alaraq təklif edirəm ki, bütün müvafiq məhkum olunmuş siyasətçilər əfv üçün mənə müraciət etsinlər və eyni ərizədə seçkilərdə iştirak etmək istəyini təsdiq etsinlər. Əgər belə vəsatət daxil olarsa, mən dərhal müvafiq məhkumlar üçün əfv aktı verəcəyəm", - deyə Kavelaşvili bəyanatında bildirib.

İndiyədək komissiyanın iclasına gəlmədiyi üçün 8 müxalifətçiyə hökm oxunub: Mamuka Xazaradze, Badri Caparidze, Zurab Caparidze, Giorgi Vaşadze, Nika Melia, Nika Qvaramiya, İrakli Okruaşvili və Givi Tarqamadze. Onların hər biri 7-8 ay həbsdə qalacaq.

Həbs cəzasına məhkum olunanların hamısı iki il müddətinə dövlət vəzifələrində işləmək hüququndan da məhrum ediliblər ki, bu da onların bələdiyyə sədrliyinə və yerli şura deputatlığına namizəd ola bilməyəcəkləri deməkdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »