Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin: "Böyük ölkələr gömrük rüsumlarını silah kimi istifadə edir"
Çin: "Böyük ölkələr gömrük rüsumlarını silah kimi istifadə edir"

Çinin Xarici İşlər Naziri Vanq Yi, bəzi böyük ölkələrin gömrük rüsumlarını silah kimi istifadə etdiklərini və milli maraqlarını üstün tutduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, Parisdəki rəsmi görüşdə Fransanın Xarici İşlər Naziri Jan Noel Barrot ilə birgə mətbuat konfransında çıxış edən Vanq, beynəlxalq ticarət zəncirlərinin sabitliyinə ciddi ziyan vurulduğunu qeyd edib.

Vanq Yi, Fransa ilə strateji əlaqələrin gücləndirilməsi və qlobal təhlükəsizlik məsələlərində birgə hərəkət etməyi təklif edib. O, xüsusilə Rusiya-Ukrayna müharibəsi və İranın nüvə proqramı ilə bağlı diplomatik həll yollarının tapılmasını vurğulayıb.

Barrot, Ukrayna müharibəsində sülh danışıqlarını dəstəklədiklərini və Çin tərəfindən Rusiyanın hərbi əməliyyatlarını dayandırmağa inandırılmasını istədiklərini bildirib. Həmçinin, İranın nüvə proqramı ilə bağlı diplomatik həllin vacib olduğunu qeyd edib.

Vanq İsrailin Qəzzaya hücumlarının sona çatması və humanitar fəlakətin bitməsi lazım olduğunu da qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »