Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Trampa Kiyevlə yeni danışıqların tarixini gözlədiklərini deyib
Putin Trampa Kiyevlə yeni danışıqların tarixini gözlədiklərini deyib

"Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl Amerika lideri Donald Trampla telefon danışığında bildirib ki, Rusiya Kiyev ilə danışıqların yeni raundunun tarixini gözləməkdə davam edir".

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə söhbətin məzmunundan danışıb.

"Prezident amerikalı həmkarına məlumat verdi ki, biz hazırda razılaşdırılacaq birbaşa danışıqların üçüncü raundunun tarixlərini gözləyirik", - Kremlin sözçüsü bildirib.

Rusiyanın Ukraynada başlatdığı və dördüncü ildir ki, davam edən müharibə ilə bağlı dövlət başçısı və onun mətbuat katibinin bu cür bəyanatları dəfələrlə təkrarlanıb. Hər dəfə də bunun ardınca Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla müxtəlif şəhərləri, eləcə də digər yaşayış məntəqələri raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Rusiyanın bu cür vədlərinə təkcə müharibə apardığı dövlətdə deyil, demək olar ki, dünyada inanmır. Təbiidir ki, Şimali Koreya, Belarus kimi bəzi azsaylı ölkələr istisnadır. Ki, onlar da özlərini inanıramış kimi göstərsələr də, əslində Putini daha yaxşı tanıdıqları üçün ona daha çox inanmırlar. Amma hakimiyyət hərisliyi onları Rusiyanın boyunduruğunda qalmağa məcbur edir.

İndiyə qədər verdiyi heç bir vədə əməl etməyən Rusiya rəhbəri ABŞ prezidentini inandırmaqla növbəti hücumları təşkil etmək üçün vaxt qazanmağa ümid edir. Artıq hər iki tərəfdən ölənlərin sayı milyona çatır, şəhərlər xarabalığa çevrilir danışıqlar isə ləngidilir. Çünki Rusiya fantastik iddialarından əl çəkmək niyyətində deyil.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də Türkiyənin İstanbul şəhərində baş tutub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »