"Liverpool"un hücumçusu Diogo Jotanın, 28 yaşında İspaniyada keçirdiyi avtomobil qəzası nəticəsində həyatını itirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat verib.
Jota, 26 yaşlı futbolçu olan qardaşı Andre ilə birlikdə avtomobildə olduğu və nəqliyyat vasitəsinin yoldan çıxdığı bildirilib. Qeyd edilir ki, hadisə, Zamora vilayətindəki A-52 nömrəli magistral yolda baş verib.
Bu kədərli hadisə, Jotanın uzun müddətdir birlikdə olduğu sevgilisi Rute Cardoso ilə Portoda evlənməsindən yalnız iki həftə sonra baş verib.
Bizimyol.info
View this post on Instagram