Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın hazırki ictimai-siyasi davranışları Azərbaycanla müttəfiqlik fəaliyyəti ilə qətiyyən uzlaşmır"
"Rusiyanın hazırki ictimai-siyasi davranışları Azərbaycanla müttəfiqlik fəaliyyəti ilə qətiyyən uzlaşmır"

“Ləğv olunan ittifaq müqavilələrinə misal olaraq, II Dünya müharibəsindən az öncə Rusiya (SSRİ) və Nasist Almaniyası arasında Şərqi Avropanın, o cümlədən Polşanın parçalanmasını özündə ehtiva edən ittifaq müqaviləsinin (Molotov-Ribbentrop Paktı) bağlandıqdan iki il sonra ləğv olunması göstərilə bilər. Belə ki, bu Pakt 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu ilə qüvvədən düşmüşdü”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, iki dövlət arasında hərbi-siyasi gərginliklər müqavilələrin qüvvədən düşürülməsi ilə nəticələnir. Həmçinin Varşava Müqaviləsi Paktı da SSRİ-nin çökməsi ilə rəsmi olaraq 1991-ci ildə buraxıldı. Beləliklə, heç nə əbədi olmadığı kimi, müqavilələr də tarixi-siyasi proseslərin, müharibə, siyasi dəyişikliklər, yeni ittifaqlar, dövlətlərin dağılması və s. zəminində dəyişdirilə, qüvvədən düşürülə və tamamən ləğv edilə bilər.

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə

“Rusiyanın hazırki davranışları qətiyyən Azərbaycanla müttəfiqlik fəaliyyəti ilə uzlaşmır. Lakin regional sabitliyin və təhlükəsizliyin qorunmasının hər iki dövlət üçün həyati əhəmiyyəti, Azərbaycan və Rusiyanın müharibə eşiyinə gəlmək kimi bir niyyətinin faktiki olaraq olmaması, dövlətlərdə hər hansı ciddi siyasi dəyişikliklərin gözlənilməməsi və s. bu kimi faktorlar nəzərə alınaraq Bəyannamənin ləğv olunmaması ikitərəfli münasibətlərin gələcəyinin qorunması baxımından vacibdir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »