Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amerika Birləşmiş Ştatlarının Ukraynadakı savaşı dayandırmaq üçün Rusiyaya yetərli təsir imkanları var"
"Amerika Birləşmiş Ştatlarının Ukraynadakı savaşı dayandırmaq üçün Rusiyaya yetərli təsir imkanları var"

"Ukraynada müharibəyə son qoymaq üçün danışıqların tempi Kiyevin mövqeyindən, ABŞ-ın vasitəçiliyinin effektivliyindən və yerlərdəki vəziyyətdən asılıdır". Bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib. "Çox şey Kiyev rejiminin mövqeyindən asılıdır. Bu, həm də Vaşinqtonun vasitəçilik səylərinin nə dərəcədə effektiv davam etməsindən asılıdır", - deyə Peskov bildirib. Rusiyalı rəsminin açıqlaması müharibənin açarının ABŞ-da olduğunu göstərir. Avropa üzərində pay bölgüsünü tamamlamamış müharibənin bitməyəcəyinə işarə edir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynada savaşın bitməsi üçün iki ölkənin mövqeyi çox vacibdir.

Oqtay Qasımov Oqtay Qasımov

“Birincisi, işğalçı tərəf olan Rusiyanın mövqeyi Amerika Birləşmiş Ştatlarının mövqeyi bu məsələdə önəmli rol oynayır. Amerika Birləşmiş Ştatları əslində bu ilin əvvəlindən Rusiyaya kifayət qədər reveranslar etməklə onu faktiki olaraq işğala bir az daha həvəsləndirdi və Rusiya da əslində Amerikanın zəif tərəflərini tutmaqla bu prosesi davam etdirməyə çalışır”-deyən politoloq hesab edir ki, Amerika Birləşmiş Ştatlarının savaşı dayandırmaq üçün Rusiyaya kifayət qədər təsir imkanları var və rıçaqlardan istifadə edə bilər.

Oqtay Qasımov qeyd edib ki, Ukraynaya dəstək ciddi şəkildə artarsa və eyni zamanda sanksiyalar sərtləşərsə, Rusiyanın durumu kifayət qədər kritik hala gələ bilər.

“Amerika Birləşmiş Ştatlarının bu prosesdə müəyyən rıçaqları var”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »