Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Güney Azərbaycanda yaşayan soydaşlarımız İranda ictimai-siyasi proseslərə böyük təsir imkanına malikdir"
"Güney Azərbaycanda yaşayan soydaşlarımız İranda ictimai-siyasi proseslərə böyük təsir imkanına malikdir"

“İranda baş verən hadisələrin fonunda Məmmədrza Pəhləvinin oğlu ortaya çıxdı dedi ki, “Mən bu gün bu keçid dövrünün rəhbərliyini öz öhdəmə götürmüşəm. Bu rejimdən keçidə mən rəhbərlik edəcəm, mən bunu edəcəm, mən onu edəcəm”. Bunların 53 illik cinayətləri var. Keçmişləri var və bu cinayətlə dolu keçmiş qeyri-fars millətlərinə qarşı, özəlliklə Azərbaycan türklərinə qarşı tətbiq olunurdu. Yəni bu adam atasının 1946-cı ildə Güney Azərbaycanda həyata keçirdiyi soyqırımı hələ də Azərbaycanın “nicatı, qurtuluşu” kimi qeyd edir. Onu hər il təbrik edir, onunla bağlı müxtəlif tədbirlər keçirirlər. Bir sözlə, toy-bayram edirlər. Fəxr edir ki, bunun atası Güney Azərbaycanda, Təbrizdə, Zənganda, Urmuda və digər bölgələrdə insanları qətlə yetirib. Bu, heç kimin beynindən silinməyib”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Sadiq İsabəyli Sadiq İsabəyli

Sadiq İsabəyli hesab edir ki, bu səbədən də bu durub özünü rəhbər kimi elan edəndə buna deyirlər: “Yaxşı rəhbərsən, buyur görək. Nə bacarığın varsa, buyur, qabağa”.

“O, heç nə edə bilməz. Ümumiyyətlə, fars mərkəzli İran bütövlüyü çərçivəsində hər hansı bir dəyişim mümkün deyil. Yəni orada vahid millət, vahid kültür və vahid dövlət anlayışı beyindən silinməlidir. Nə güc olur-olsun, kimliyindən asılı olmayaraq orada siyasi hakimiyyəti qura bilməz. Qursa da, çox davam etməz. Yenə də 30 ildən, 40 ildən sonra yeni ciddi dəyişikliklərə ehtiyac olacaq”-deyən Sadiq İsabəylinin fikrincə, orada yaşayan qeyri-fars millətlər, əsas aparıcı millətlər öz gələcəklərinə özləri qərar verməlidirlər və bu, rəsmi şəkildə tanınmalıdır.

“Bu günə qədər təəssüf ki, buna cəsarət edib ortaya qoyan dövlət biz görməmişik. İranda ictimai-siyasi proseslərə ən böyük təsir imkanı olan millətlərdən biri Güney Azərbaycanda yaşayan Azərbaycan türkləridir və Azərbaycan türkləri imkan verə bilməz ki, yenə də o prosesə qoşulsun, o prosesin nəticəsi onun məğlubiyyəti ilə olsun və yaxud siyasi oyunların qurbanına çevrilsinlər. Bu səbəbdən də, burada şərait və zamanlama anlayışı önə çıxır. Əgər zamanlama və şərait yoxdursa, digər millətlər də Azərbaycan türklərinə baxır və deyir ki, "əgər bunlar sakitdirsə, biz də sakit olmalı və gözləməliyik". Hələ millətlərin ortaya çıxması tezdir. Gözlənilən bir neçə mərhələ var idi, o mərhələlər çox təəssüf ki, hələki yarımçıq qalıb”-deyən Sadiq İsabəyli bildirib ki, zaman içində o prosesləri dəyərləndirəcəyik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »