Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın siyasi coğrafiyasında milli-siyasi mədəniyyətlərin haqları dilə gətirilməlidir, rəsmi şəkildə tanınmalıdır"
"İranın siyasi coğrafiyasında milli-siyasi mədəniyyətlərin haqları dilə gətirilməlidir, rəsmi şəkildə tanınmalıdır"

“Həsən Ruhaninin bir çıxışı var. Deyirdi ki, “İranda elə bir dövlət formalaşıb ki, silah da onda, ideoloji də mətbuat da, güc də, pul da bütün qərar mexanizmləri də ondadır. Sonra da bizə deyirsiniz ki, “iş görün”. Bu, necə mümkün ola bilər?” Bu qruplar seçilmiş şəxslər heç bir halda dini rəhbərliyə bağlı qüvvələrdən ibarət olan mafiya sisteminə qarşı çıxa bilmirlər. Yəni o gücdə ola bilmirlər. Çünki bunların gücü zəiflədilir. İndi də o proses gedir. Bu gün dini rəhbərliyin içində formalaşmış mafiya sistemi hansı prosesləri apara bilər ki?”

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Sadiq İsabəyli Sadiq İsabəyli

“Əli Şəmxani öldürüldü və sonra onun adından bir məktub çıxdı, guya dini rəhbərliyə yazılıb ki, "mən sağam və hələ də sənin yolundayam". Bu, rəqiblərə ciddi bir mesaj idi ki, "siz fikirləşirsiniz ki, mən ölmüşəm və əlimdə olan bir sıra imkanlara və ya mənim nüfuz dairəmə kimsə keçib onu öz maraqları naminə işlədə bilər". Bu, mümkün deyil”-deyən siyasi şərhçi qeyd edib ki, mafiyalaşmış siyasi və ideoloji bir sistemdə ölkənin mənafeyini düşünən təhlükəsizlik orqanlarını formalaşdırmaq çox çətindir. İranda bu lap çətindir. Bu prosesdə İsrailin kifayət qədər nüfuz imkanları var. Bu səbəbdən də hələ deyə bilmirik ki, proseslər dayanıb. Müəyyən mənada forması dəyişib və gedişatda bir çox məsələlər bəlli olacaq”-deyən Sadiq İsabəyli bildirib ki, İranda qeyri-fars millətlərinin istəkləri və onların mübarizəsi rəsmiyyətə tanınmayana qədər heç bir siyasi güc - nə bu rejimin özü, nə də xaricdəkilər düşünməsinlər ki, orada ciddi, normal bir dəyişiklik edə bilərlər, əks halda ciddi problemlərlə üzləşəcəklər.

“İran çoxmillətli bir ölkədir. İranın siyasi coğrafiyasında milli-siyasi mədəniyyətlərin haqları dilə gətirilməlidir və rəsmi şəkildə tanınmalıdır. Bunu inkar yoluyla edə bilməzlər. Bu, həm də bir məntiqdir. Çox təəssüf ki, siyasi oyunları da görürsünüz. Oyunlar bəzi hallarda gerçəklikləri pərdələməyə çalışır. Orada bütün gerçəkliklər görülməlidir və hamısı dəyərlərinə uyğun olaraq dəyərləndirilməlidir. Əgər Rza Pəhləvi ətrafında özü bu qədər imkanlar maddi siyasi dəstəklərin nəticəsində 1000-5000 nəfər toplaya bilmirsə, deməli, boşuna bir adamı şişirdirlər. Amma XXI əsrdə artıq millətlərin milli iradəsini görməzdən gəlib, onların üzərində yenə istədiklərini rəhbər olaraq, öncül olaraq göstərmələri absurddur”-deyən siyasi şərhçi qeyd edib ki, İranda yaşayan millətlər bu kimi proseslərə getməzlər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »